Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:06

Səfirlikdə 400 kiloqram kokain tapılıb


389 kiloqramlıq kokain 2016-cı ilin dekabrında aşkarlanmış yükün içində gizlədilib.
389 kiloqramlıq kokain 2016-cı ilin dekabrında aşkarlanmış yükün içində gizlədilib.

Argentinadakı Rusiya səfirliyində tapılmış irihəcmli kokainə görə keçmiş rusiyalı diplomat və argentinalı polis əməkdaşı saxlanıb. “Associated Press” agentliyi yazır ki, bu açıqlamanı rəsmilər fevralın 22-də veriblər. Artıq bir il idi beynəlxalq narkotik maddə şəbəkəsiylə bağlı araşdırma gedirdi.

Argentina təhlükəsizlik naziri Patricia Bullrich deyib ki, 389 kiloqramlıq kokain 2016-cı ilin dekabrında aşkarlanmış yükün içində gizlədilib. Çərşənbə günü – dekabrın 21-də rus mənşəli Argentina vətəndaşları Alexander Chikalo və polis əməkdaşı Ivan Blizniouk saxlanıblar. Chikalo logistikanın, Blizniouk isə gömrük nəzarətindən keçməkdən ötrü kontaktların təminatında suçlanır.

Rusiyanın Argentinadakı səfiri Victor Koronelli və Rusiya federal təhlükəsizlik xidmətinin üç əməkdaşı Bullrich-ə bildiriblər ki, səfirliyə bitişik məktəbdə aşkarlanmış diplomatik yükdən şübhələnirlər. Ondan sonra təhqiqat başlanıb.

RUSİYAYA 389 KİLO UN GÖNDƏRİLİB

Yükün içində narkotik maddə olduğu təsdiqlənəndən sonra kriminalların tutulmasından ötrü plan hazırlanıb: kokain unla əvəzlənib, yükün içinə GPS yerləşdirilib.

*** Buna da bax: 'Belarus 328' – fəalların narkotik maddələriylə mübarizəsi

Bu, indiyədək Argentinada aparılmış ən mürəkkəb və ekstravaqant narkotik əməliyyatlarından olub”, – Bullrich mətbuat konfransında deyib.

Gecə saat 3-də sərhəd polisindəki adamları Buenos Ayresin mərkəzi bazarına 389 kiloqram un almağa göndərməli olduq, çünki heç birinin anbarında bu qədər un yox idi. Narkotik Rusiyaya gedib çıxmadı, un göndərdik”, – nazir söyləyib.

Yük Rusiyaya 2017-ci ildə göndərilib. Bullrich-in sözlərinə görə, Argentina gömrükçülərindən üçü Rusiyaya gedib, Ishtimir Khudzhmov və Vladimir Kalmykov yükü götürmək istəyəndə saxlanıblar.

Bullrich-in “K” dediyi şübhəli narkotiki alıb və Argentinadakı səfirliyə təqdim edib. O, hələ də Almaniyada azadlıqdadır və barəsində beynəlxalq axtarış elan olunub.

Logistikanın səfirliyin keçmiş əməkdaşı Ali Abyanov tərəfindən koordinasiya olunduğu bildirilir, o, Moskvadakı mənzilində həbs olunub.

Rəsmilər müsadirə olunmuş narkotik maddənin Rusiyada küçə dəyərinin 61 milyon dollar olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG