Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 01:12

Oqtay Əsədov: 'Böyük əfv sərəncamı gözlənilir'


Oqtay Əsədov

«Bu yaxınlarda ölkədə böyükhəcmli əfv sərəncamı gözlənilir».

APA-nın xəbərinə görə, bunu bu gün, fevralın 23-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.

«Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir», - deyə o, qeyd edib.

Prezident sonuncu dəfə əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq parlamentin fevralın 23-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

«Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb», - deyə S.Novruzov bildirib

Spiker onunla razılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG