Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 13:17

Bağça müdirinə rüşvətə görə 8 il 6 ay həbs


Uşaq bağçası

Bakının Xətai rayonunda yerləşən bağçalardan birinin müdiri İlahə Ziyadova rüşvət almaqda suçlanaraq, ona 8 il 6 ay həbs cəzası verilib. Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

İ.Ziyadovanın 4-yaşlı övladı var. Məhkəmə belə qərar verib ki, uşaq 14 yaşına çatandan sonra hökm icra olunsun.

İstintaq və məhkəmə dövründə təqsirləndirilən bağça müdirinin barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hökmün icrası təxirə salındığından bu qətimkan tədbiri də qüvvədə saxlanılıb.

İ.Ziyadovaya CM-nin 311 (rüşvət alma) və 162-1.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə ittiham verilib. Bu işdə zərərçəkmiş qismində tanınanlar Ziyadovanın işçiləri olmuş şəxslərdir.

Cinayət işinin materiallarında yazılıb ki, sosial şəbəkələrdə İ.Ziyadovanın rəhbərlik etdiyi bağçada işçi axtarılması haqda elanlar yerləşdirilib. Adamlar elanları oxuyub, həmin bağçaya gediblər. İ.Ziyadova işə qəbul üçün onlardan pul alıb. Onlar pul verəndən sonra işə başlayıblar. Bir neçə ay işləsələr də, maaş ala bilməyiblər. Dəfələrlə maaşla bağlı söhbətlər nəticə verməyəndə işə düzəlməkdən ötrü verdikləri pulları geri alıb çıxmaq istəyiblər. Amma həmin pullar da geri qaytarılmayıb. Belə olan halda, hüquq-mühafizə orqanlarına şikayət ediblər.

İ.Ziyadova məhkəmədə ifadəsində özünü təqsirli bilib. Deyib ki, iş alınmayıb deyə, adamların maaşını verə bilməyib.

XS
SM
MD
LG