Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:42

E.Məmmədyarov Cenevrəyə gedir


Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, E.Məmmədyarov BMT-nin İnsan Haqları Şurasının 37-ci sessiyasında iştirak edəcək.

Səfər fevralın 26-da baş tutacaq.

H.Hacıyev bildirib ki, Məmmədyarov sessiyada çıxış edəcək. Onun bildirməsinə görə, E.Məmmədyarovun Cenevrədə ikitərəfli görüşləri də nəzərdə tutulub.

BMT-nin İnsan Haqları Şurasının 37-ci sessiyası fevralın 26-da işə başlayacaq. Sessiyada insan hüquqlarına aid bir sıra məsələlər müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG