Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:12

ABŞ Rusiyayla sövdələşmələrə qarşı xəbərdarlıq edir


S-400 sistemləri

Birləşmiş Ştatlar bütün dünyada hökumətlərə xəbərdarlıq edib ki, Rusiya ordusuyla “əhəmiyyətli sövdələşmələr”ə görə sanksiyalarla üzləşə bilərlər. Bunu Birləşmiş Ştatların yüksək rütbəli rəsmiləri fevralın 21-də Vaşinqtonda jurnalistlərə deyib.

Dövlət Departamenti bu həftə iddia edib ki, Rusiyanın müdafiə sənayesinə ABŞ sanksiyaları Moskvanın 3 milyard dollarlıq hərbi satışı itirməsiylə sonuclanıb.

Anonimlik şərtiylə danışan rəsmilərin deməsinə görə, bir neçə “böyük ölkə” ABŞ administrasiyasının göndərdiyi qlobal xəbərdarlıq nəticəsində Rusiyadan müdafiə sahəsində alışları yenidən nəzərdən keçirir.

Rəsmilər təsdiqləyib ki, Rusiyadan S-400 raketdən müdafiə sistemi almaqla bağlı danışıqlar aparan Türkiyə də xəbərdarlıq alan ölkələr sırasındadır. Türkiyə NATO müttəfiqlərindən alternativ sistemlər almaq variantını da nəzərdən keçirdiyini bildirib.

Kremlin sözçüsü fevralın 21-də demişdi ki, Rusiya müdafiə sahəsində satışlarına zərbə vuran ABŞ sanksiyalarından narahat deyil.

“Ancaq onu deyə bilərəm ki, hər şey əladır”, – Dmitry Peskov Moskvada jurnalistlərə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG