Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:56

Zakir Həsənov İran tərəfinə təşəkkür edib


Əmir Hatəmi

Dağlıq Qarabağ münaqişəsinin bugünədək həll olunmaması regional sabitliyə ciddi təhdid təşkil edir.

Müdafiə naziri Zakir Həsənovun İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə dediyi açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Fevralın 21-də nazirlərin əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşdüyü bildirilir.

Mətbuat xidmətinin bildirməsinə görə, regiondakı hərbi-siyasi vəziyyətdən danışan Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunmasından ötrü səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

İranlı nazirsə iki dövlət arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığından, ölkələr arasında hərbi sahədə əməkdaşlıqdan ötrü geniş potensialın olmasından bəhs edib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşdə Azərbaycanla İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Ə.Hatəminin rəhbərlik etdiyi nümayəndə heyətini bugün, fevralın 21-də prezident İlham Əliyev də qəbul edib.

Səfərin fevralın 22-nə kimi davam edəcəyi açıqlanıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG