Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 00:06

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədliyini irəli sürdüyü dövlət başçısı İlham Əliyevin imzatoplama kampaniyasının uğurla başa çatdırıldığı bildirilir.

Bu haqda hakim partiyanın press-relizində yazılır.

YAP bildirir ki, İ.Əliyevin prezidentliyə namizədliyinin müdafiəsindən ötrü mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirilib.

Verilən məlumata görə, imzalar partiyanın icra katibliyində toplanıb. Dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Seçki qanunvericiliyinin tələbinə görə, prezidentliyə namizədlikdən ötrü 40 mindən az olmayan sayda seçici imzası tələb olunur. Tələbə görə, imzalar azı 60 seçki dairəsindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 10-dan çox şəxsin namizədliyi təsdiq edilib. Onlardan 7-sinin namizədliyi ötən həftənin sonu təsdiqlənib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Sosial Demokrat Partiyasından Araz Əlizadə və Müasir Müsavat Partiyasından Hafiz Hacıyev onların arasındadır. Habelə namizədliyini özü verənlərdən Asif Məmmədovun, Elşən Həsənovun və «Cəbhəçilərin təşəbbüs qrupu»nun namizədi Razi Nurullayevin də namizədliyi təsdiqlənib.

Bundan əvvəl isə 5 iddiaçı sənədlərini MSK-ya təqdim etmişdi. Bunlar da Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal Demokratik Partiyasının rəhbəri Fuad Əliyev, namizədliklərini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Oruc idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG