Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:57

Moskva: ABŞ-la münasibətlərin bərpası çətin olacaq


Sergei Ryabkov

Rusiya fevralın 21-də bildirib ki, Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması «çox çətin» olacaq. Qeyd edək ki, bu iki ölkənin əlaqələri Suriya və Ukrayna münaqişələri, Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddiaları üzündən Soyuq müharibə dövründən bəri görünməmiş həddə düşüb.

Xarici işlər nazirinin müavini Sergei Ryabkov fevralın 21-də Vaşinqtonu Rusiyanın daxili işlərinə müdaxiləyə çalışmaqda suçlayıb. Martın 18-də Rusiyada prezident seçkisidir və Birləşmiş Ştatlar bir neçə gün öncə 13 rusiyalını ABŞ-da seçkiyə müdaxilə cəhdində ittiham edib.

«Paradoks ondadır ki, amerikalılar prezident seçkisi öncəsi daxili işlərimizə qarışmağa, ikitərəfli münasibətləri gərginləşdirməyə çalışırlar», – Ryabkov «Interfax» xəbər agentliyinə deyib.

«Onlar heç bir əsas, yaxud dəlil olmadan bizi onların seçki prosesinə açıq müdaxilədə ittiham edirlər», – o söyləyib.

«ABŞ-la münasibətləri mövcud durumdan tərpətmək çox çətin olacaq», – Ryabkov deyib.

Hazırda Birləşmiş Ştatlar Konqresinin bir neçə komitəsi və xüsusi müşavir Robert Mueller Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsini və prezident Donald Trump-ın seçki kampaniyasıyla əlaqəsini araşdırır.

Moskva seçkiyə hər hansı müdaxilə etmədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG