Bu gün, fevralın 20-də axşam saatlarında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başladığı bildirilir.
APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürməkdən ötrü yanğınsöndürmə briqadaları cəlb olunub.
* * *
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğının söndürüldüyü açıqlanıb.
APA-nın xəbərinə görə, Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv/m sahədə stul və kağızlar yanıb.
Yanğın söndürülüb.
Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.