Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:04

'Sovetski'də 2010 daşınmaz əmlak alınacaq


Sovetski abidə olmayan "abidələri"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Sovetski abidə olmayan "abidələri"

Yasamal rayonundakı «Sovetski» adlanan ərazidə daha 2010 yaşayış və qeyri-yaşayış sahəsinin dövlət ehtiyaclarından ötrü alınacağı bildirilir.

Nazirlər Kabineti (NK) bununla bağlı qərar verib. Qərar NK-nın saytına yerləşdirilib. Qərarı baş nazirinin müavini Abid Şərifov imzalayıb.

Yaşayış və qeyri-yaşayış sahəsinin 1130-u Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə yerləşir. Habelə, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd obyekt alınacaq. Həmin ərazidə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qərarla alıcı orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyaclarından ötrü alınması ilə bağlı hazırlıq tədbirlərini tərtib edib Nazirlər Kabinetinə təqdim etsin.

Xatırlatma

2017-ci ildə «Sovetski»də söküntü və köçürmə prosesinin birinci mərhələsi başa çatıb. Adıçəkilən məhəllədə ilk köçürmə zamanı 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış obyekti sökülüb.

Bu zaman vətəndaşlara hər kvadratmetrə görə 1500 manat kompensasiya ödənilib.

Bəzi ailələr kompensasiyanın az olduğunu bildirərək dirəniş göstəriblər. Evi sökülənlərdən onlarla ailə isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG