Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 16:47

Şimal küləyi gözlənir


Yağış

Fevralın 21-də Bakı və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir çiskinli yağış yağacağı bildirilir. Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntı gözlənir. Gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG