Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:18

Gəncədə 'Tatra' yığılacaq


Gəncə Avtomobil Zavodu

May ayında Gəncə Avtomobil Zavodunda Çexiyanın «Tatra» yük maşınlarının istehsalına başlanacaq.

«Turan» agentliyinin xəbərinə görə, bu haqda Çexiya Respublikasının Azərbaycandakı səfiri Viteşslav Pivonka bildirib. Onun deməsinə görə, may ayında ölkəsinin sənaye və ticarət naziri Tomas Günerin Azərbaycana səfəri gözlənilir.

«Bu səfər Gəncə Avtomobil Zavodunda «Tatra» avtomobillərinin istehsalı ilə bağlıdır. May ayına qədər «Tatra» istehsal xətti hazır olacaq və nazir xəttin işə salınmasında iştirak edəcək», - səfir bildirib.

Xatırlatma

«Tatra» yük maşınlarının istehsalı ilə bağlı müvafiq memorandum ötən ilin dekabrında imzalanıb. Müqavilə Çexiyanın Azərbaycandakı səfirliyində «Gəncə Avtomobil Zavodu» İstehsal Birliyi ilə «Tatra» şirkəti arasında bağlanıb.

Sənədi İB rəhbəri Xanlar Fətiyev və «Tatra» İdarə Heyətinin sədri Pyotr Rusek imzalayıb.

Hazırda avtomobil zavodunda «Belarus» traktoru və «MAZ» avtomobillərinin yığıldığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG