Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:17

İŞİD İraqda 27 hökumət döyüşçüsünü öldürüb


İraq, arxiv fotosu

İslam Dövləti (İŞİD) yaraqlıları İraqda bir qrup hərbçiyə pusqu qurub, azı 27 nəfər öldürülüb. Bunu rəsmiləri fevralın 19-da bildiriblər.

İki ay öncə Bağdad İraqın bütün ərazisində İŞİD üzərində qələbə çalındığını elan edib.

Əsasən şiə yaraqlılarından ibarət Xalq Səfərbərlik Qüvvələri bəyanat yayaraq bildiriblər ki, hücum Bağdaddan 300 kilometr şimaldakı Havica regionunda baş verib. Hərbçilər orada gecə reydləri keçirirmişlər.

Yaraqlılar hərbçi uniformasında olublar.

Atışma azı iki saat çəkib, yaraqlılardan bəziləri öldürülüb, bəziləri qaçıb.

Hücuma görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG