Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 10:09

Son bir ayda Türkiyədə 800 nəfər saxlanıb


Türkiyədə Suriya əməliyyatına etiraz aksiyası

Türkiyənin Suriyanın şimalında kürd birləşmələrinə qarşı hərbi əməliyyata başlayandan terrorçuluğun təbliğində şübhəli bilinən 800-dək adam saxlanıb. Onlardan 600-ə yaxını sosial şəbəkələrdə Ankaranı tənqid etdiyinə görə, digərləri isə etiraz aksiyalarında iştirakdan sonra saxlanıb. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında belə deyilir.

Anadolu informasiya agentliyi bildirir ki, polis sosial şəbəkələrdə 1300-dək hesabın təhlilini aparıb. Bundan sonra hakimiyyət 400-dək cinayət işi açıb.

Deutsche Welle bildirir ki, Afrin regionunda əməliyyatı tənqidə görə saxlananal arasında tanınmış türkiyəli jurnalistlər və fəallar da var.

Ankara Suriyanın şimalında “Zeytun budağı” əməliyyatını başladıb. Türkiyə hakimiyyəti buradakı kürd birləşmələrini terrorçular sayır. Kürd yaraqlılar ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı savaşır.

Kürdlərin nəzarətində olan ərazilərdə bir neçə yüz amerikalı hərbçi yerləşdirilib. Vaşinqton dəfələrlə Ankaranı Suriyanın şimalında “təmkinli olmağa” çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG