Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:06

Makedoniya iyuladək ad məsələsinin həll olunacağını gözləyir


Makedoniya paytaxtı Skopyenin mərkəzi
Makedoniya paytaxtı Skopyenin mərkəzi

Makedoniya Yunanıstanla on illərdir davam edən ad mübahisəsini NATO-nun yay sammitinədək həll edəcəyinə ümid bəsləyir. Bunu baş nazir Zoran Zaev fevralın 19-da deyib.

Yunanıstan keçmiş Yuqoslaviya respublikasının Makedoniya adınan istifadəsinə qarşı çıxır, bunun özünün eyniadlı şimal regionuna ərazi iddiası sayıla biləcəyini deyir.

Makedoniyayla Yunanıstan son vaxtlar məsələnin həllinə doğru cəhdləri artırıblar.

İYULADƏK DANIŞIQLAR YEKUNLAŞA BİLƏR

İnanıram ki, NATO-nun iyul sammitinədək danışıqları yekunlaşdıra biləcəyik”, – Makedoniyanın baş naziri Zoran Zaev Avstriyanın ORF radiosuna deyib.

Bu mübahisə Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmaq cəhdlərinə təsirini göstərib. Yunanıstan hər iki qurumun üzvüdür.

*** Buna da bax: AB Balkan ölkələrinə “qapı açır”

İki qonşunun 1991-ci ildən apardığı danışıqlar nəticəsiz qalıb. Həmin il Makedoniya Yuqoslaviyadan ayrılaraq müstəqillik qazanıb, 1993-cü ildə Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) adıyla BMT-yə qəbul olunub.

Bu ayın əvvəlində hər iki ölkənin xarici işlər nazirləri Vyanada BMT-nin xüsusi elçisi Matthew Nimetz il görüşərək məsələni müzakirə edib.

Makedoniya Yunanıstanla mübahisənin həllindən ötrü adına coğrafi təyinat əlavə edilməsinə hazır olduğunu bildirib. Məsələn, Makedoniya adına “Yuxarı”, “Yeni”, “Şimali” sözləri əlavə oluna bilər.

Ölkənin hədəfi NATO və Avropa Birliyinə qoşulmaqdır.

Bizə avtomatik dəvətnamə gəlib, yəni Yunanıstanla problemin həllini elan edən kimi NATO üzvləri bizim quruma üzvlüyümüzün ratifikasiyasına başlayacaqlar”, – Zaev söyləyib.

NATO-nun sammiti iyulun 11-12-də Brüsseldə keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG