Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:52

AB Balkan ölkələrinə “qapı açır”


Federica Mogherini
Federica Mogherini

Avropa Birliyindən (AB) kənar qalmış altı Qərbi Balkan ölkəsi “bizim dövrümüzdə” bloka qoşula bilər. Bunu AB-nin xarici siyasət rəhbəri Federica Mogherini regionda inteqrasiyaya dair yeni strategiyanı açıqlayarkən deyib.

Avropa Komissiyasının fevralın 6-da açıqladığı strategiyanın məqsədi Albaniya, Bosniya-Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiyanın AB üzvlüyünə dair aydın baxış ortaya qoymaqdır.

BU, “SON TARİX” DEYİL

Bu gün bu, aydındır və mesaj budur – Avropa Birliyi daxilində ümumi gələcəyi paylaşacağıq”, – Mogherini Strasburqda deyib.

Gəlin, Qərbi Balkanları uzaq gələcəkdə deyil, zəmanəmizdə Avropa Birliyinə gətirək”, – o, sözlərinə əlavə edib.

Komissiya Qərbi Balkanların altı ölkəsi içində Serbiya və Monteneqronun üzvlükdən ötrü ön sıralarda olduğunu düşünür və yeni strategiyada onların, bütün şərtlərə uyğun gələrlərsə, 2025-ci ildə quruma qəbul oluna biləcəyi vurğulanır.

Serbiya bundan ötrü Kosovoyla “hərtərəfli, hüquqi öhdəliklər qoyan normallaşma razılaşması”nı yekunlaşdırmalıdır, sənəddə deyilir.

Mogherini onu da qeyd edib ki, 2025-ci ildə “hədəf tarixi”, yaxud “son tarix” deyil.

Daha öncə Avropa Komissiyasının prezidenti

Jean-Claude Juncker
Jean-Claude Juncker

Avropa Parlamentində deyib ki, bu, “şərti tarixdir; aidiyyatı olan tərəfləri cığıra düşmək üçün çox işləməyə həvəsləndirir”.

“SƏRHƏD MƏSƏLƏLƏRİNİ HƏLL EDİN”

Juncker onu da əlavə edib ki, “sərhəd mübahisələri həll olunmayınca, Qərbi Balkan ölkələrinin üzvlüyündən danışmaq olmaz”.

AB-nin Xorvatiya və Sloveniya kimi üzvləri də 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından dolayı hələ də sərhəd mübahisələrini həll etməyiblər.

“Problemi üzv olandan sonra həll edəcəyik oyunu ikinci dəfə, mənimlə baş verməyəcək”, – Juncker vurğulayıb.

Makedoniya ilə AB üzvü Yunanıstan isə 27 ildir ad mübahisəsini həll etməyə çalışır, BMT-nin vasitəçiliyi ilə danışıqlar aparılır.

AB-nin yeni strategiyasının hədəfi hüququn aliliyinin möhkəmləndirilməsi, təhlükəsizlik və miqrasiya, sosial-iqtisadi inkişaf, nəqliyyat və enerji bağlılığı, rəqəmsal məsələlər, altı Balkan ölkəsi arasında barışıq və yaxşı qonşuluq əlaqələridir.

Juncker deyib ki, blok bu ölkələrə üzvlüyə doğru irəliləməkdə yardı göstərməlidir.

AB liderləri mayda Belqradda bu altı ölkənin liderləriylə sammit keçirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG