Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Rusiyalı atlet dopinqdə şübhəli bilinir


Meldonium
Meldonium

Rusiyada kerlinq idman növü üzrə medalçı Aleksandr Krushelnitsky dopinq qəbulunda şübhəli bilinir. O, akkreditasiyasını təqdim edərək Olimpiya kəndini tərk edib. Məlumatı Rusiya olimpiya nümayəndə heyəti yayıb.

Nümayəndə heyətinin sözçüsü Konstantin Vybornov fevralın 19-da “Reuters”ə deyib ki, Krushelnitsky “B” testinin nəticəsini gözləyir, bunun günün sonunadək açıqlanacağı gözlənir.

Krushelnitsky həyat yoldaşı Anastasia Bryzgalova ilə birlikdə fevralın 13-də Pxençxan Qış Olimpiya oyunlarında bürünc medal qazanıb.

“Reuters” bir mənbəyə istinadla yazıb ki, Krushelnitsky qadağan olunmuş meldoniumun qəbulunda şübhəli bilinir. Bu maddə qan dövranını, atletlərin gücünü artırır.

Rusiyanın tennis ulduzu Maria Sharapova 2016-cı ildə meldoniuma görə yarışlardan uzaqlaşdırılıb.

Vybornov durumu “sadəcə cəfəngiyat” adlandırıb. “Reuters” Krushelnitsky-nin şərh vermədiyini bildirib.

Rusiya komandası məhz dopinq qalmaqalına görə olimpiyaya buraxılmayıb. 169 idmançı Rusiyadan Olimpiya Atletləri adı altında yarışlara dəvət alıb.

XS
SM
MD
LG