Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:20

Ziyafət Əsgərov Rusiyaya gedir


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun fevralın 19-da Rusiyaya səfər edəcəyi gözlənir.

Onu, həmçinin, deputat Rauf Əliyev müşayiət etməlidir.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, deputatlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Deputatlar Moskva, Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət və prosesin təşkili ilə yaxından tanış olmalı, namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə etməlidirlər.

Səfər fevralın 23-də başa çatmalıdır.

Rusiyada gələn ay, martın 18-də prezident seçkiləri keçirilməlidir.

Azərbaycanda isə seçkilər 6 ay önə çəkilib. Bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG