Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:24

Bakıda yağış, dağlıq rayonlarda qar gözlənir


İllüstrasiya

Fevralın 18-də Bakı və Abşeron yarımadasında yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qara keçəcəyi bildirilir. Şimal-şərq küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Fevralın 18-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir.

Gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG