Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:43

İranda məcburi baş örtüyünə etiraz edən daha bir qadın saxlandı (VİDEO)


Tehran 7 fevral.2018
Tehran 7 fevral.2018

İranda məcburi baş ötrüyünə etiraz edən daha bir qadın saxlanıb.

Bu barədə fevralın 16-da Azadlıq Radiosu məlumat yayıb.

Fevralın 15-də YouTube-da yerləşdirilən videoda onun Tehranın “İnqilab” küçəsində kütlə arasında baş örtüyünü havada yellədərək dinc etiraz aksiyası keçirdiyi və saxlandığı görünür.

Ötən ilin dekabrındakı ilk aksiya da elə həmin yerdə keçirilmişdi.

Dekabrın 27-də gənc bir qadın həmin yerdə baş örtüyünü çıxarıb yelləmişdi. Fəallar onun həmin etirazdan sonra dərhal həbs olunduğunu, sonrasa buraxıldığını bildirirdilər.

İndi həmin qadın İranda baş örtüyünə etirazların simvoluna çevirilib.

Foto arxiv
Foto arxiv

Buna da bax:İranlıların yarısı məcburi hicaba “yox” deyir

Həmin aksiyadan sonra İranda eyni tələblə etiraz edən daha bir neçə qadın saxlanıb.

Bundan başqa son vaxtlar onlarla qadın başlarını açaraq sosial mediada fotolarını paylaşıblar.

Amnesty İnternational təşkilatı yanvarın 24-də İran hakimiyyətini məcburi baş örtüyünə etiraz edən qadınların təqib edilməsini dayandırmağa çağırıb.

1979-cu il İran islam inqilabından sonra ölkədə qadınların ictimai yerlərdə örtülü geyinməsi məcburi elan edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG