Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 04:42

DSK: Yanvarda ÜDM 2 faiz artıb


Manat

Bu ilin yanvar ayında Azərbaycanda 6 milyard 50 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, 2017-ci ilin eyni dövründəki analoji göstəricidən 2 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

DSK vurğulayır ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 3.9 faiz artıb, neft sektorunda isə 0.5 faiz azalıb.

Hökumət, eləcə də beynəlxalq maliyyə institutları bu il Azərbaycanda kiçik iqtisadi artım proqnozlaşdırır.

Lakin müstəqil iqtisadçılar vurğulayırlar ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər şaxələndirilməyib və hələ də karbohidrogen ehtiyatlarından asılıdır.

Ötən il Azərbaycanda ÜDM-nin 0.1 faiz artdığı, 2016 ildə isə 3.8 faiz azaldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG