Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Jurnalist 6 aylıq həbsdən sonra Rusiyadan çıxa bilib


Khudoberdy Nurmatov
Khudoberdy Nurmatov

Rusiyada bir neçə ay həbsdə qalmış, Özbəkistana deportasiya olunmaq təhlükəsi yaranmış jurnalist Ali Feruz üçüncü ölkəyə yola düşüb. Belə ki, məhkəmə onun xeyrinə qərar çıxarıb.

Müstəqil “Novaya Gazeta” fevralın 15-də yazıb ki, Feruz pasport nəzarətindən keçib və bir neçə saat içində Moskvadan çıxmış olacaq.

ALMANİYAYA BİLET ALIB

Qəzet jurnalistin gedəcəyi ölkənin adını açıqlamayıb, amma vəkili daha öncə demişdi ki, o, Almaniyaya bilet alıb.

*** Buna da bax: Özbəklər Karimovun abidəsini düzəldən Britaniya heykəltəraşına müraciət etdilər

Feruz təxəllüsü ilə yazan Hudoberdi Nurmatov ötən ilin avqustundan mühacir mərkəzində saxlanırdı.

O, 1986-cı ildə sovet Rusiyasında anadan olub, sonradan Özbəkistana köçüb və 17 yaşında Özbəkistan vətəndaşlığı alıb. 2008-ci ildə Özbəkistandan çıxıb, bu ölkədə saxlandığını, təhlükəsizlik xidmətinin ona işgəncə verdiyini deyib.

Oktyabrda Moskvanın Basmannı məhkəməsi immiqrasiya orqanlarının Feruza siyasi sığınacaq verməməklə bağlı qərarını qüvvədə saxlayıb. Məhkəmə bildirib ki, jurnalist Özbəkistana qayıdacağı halda təhlükəylə üzləşəcəyini sübuta yetirə bilməyib.

Noyabrda məhkəmə Feruzun Rusiyada Novaya Gazeta üçün qanunsuz işləməsi qərarına gəlib və onun deportasiyasına dair qərar çıxarıb.

Məsələ beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, insan haqları qrupları jurnalisti deportasiya etməməyə çağırıb.

AVROPA MƏHKƏMƏSİ DƏ QƏRAR VERMİŞDİ

Avropa İnsan Haqları Məhkəməsi də avqustda qərar verib ki, işi araşdırmayanadək Feruz deportasiya oluna bilməz. Bundan sonra Basmannı məhkəməsi qərarın icrasını dayandırıb.

*** Buna da bax: Özbəkistanda təhlükəsizlik xidmətinin rəhbəri işdən çıxarılıb

Rusiya məhkəmələrinin fevralda çıxardığı qərarlar jurnalistin Özbəkistana deyil, başqa ölkəyə getməsinə yol açıb.

Özbəkistanda avtokrat lider Islam Karimov 2016-cı ildə vəfat edəndən sonra bu posta Shavkat Mirziyoev keçib və bir sıra islahatlar gerçəkləşdirib. Amma yenə də insan haqları sarıdan ciddi narahatlıqlar qalmaqdadır.

Human Rights Watch insan haqları təşkilatı oktyabrda bildirib ki, Özbəkistan hakimiyyəti Mirziyoev-in hakimiyyətdə olduğu bir il ərzində “bəzi müsbət addımlar” atıb, amma qurum “davamlı” irəliləyişə çağırırdı.

Mirziyoev-in noyabrda imzaladığı sərəncam məhkəmələrin işgəncəylə əldə olunmuş dəlildən istifadəsini yasaqlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG