Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:06

'Cənub Qaz Dəhlizi'nin Məşvərət Şurası toplaşdı


Məşvərət Şurasının iclası

Bu gün, fevralın 15-də Bakıda «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başlayıb.

Görüşdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin , ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnionun iştirak etdiyi bildirilir.

Bundan başqa, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson da qonaqlar arasındadır.

Habelə, bir sıra ölkələrin də təmsilçiləri toplantiya qatılıblar.

«Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlər görüşünün iştirakçılarının «Birgə bəyannamə» qəbul etmələri və bir sıra məsələlərlə bağlı niyyət məktubları imzalamaları planlaşdırılır.

Energetika naziri P.Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M.Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub.

Xatırlatma

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənilir.

Bu layihə çərçivəsində hasil ediləcək qaz ünvanlara Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanistan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru vasitəsilə çatdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG