Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:38

İranda valyuta alverçiləri saxlanıb


Arxiv fotosu
Arxiv fotosu

Tehranda onlarla valyuta alverçisi saxlanıb. Bu, İran rialının ABŞ dollarına qarşı kəskin ucuzlaşdığı dönəmə təsadüf edir.

IRINN dövlət yayımçısı fevralın 14-də adətən, Tehranın mərkəzində, Britaniya səfirliyinin yerləşdiyi küçədə dayanan onlarla valyuta alverçisinin polis tərəfindən saxlandığı kadrları yayımlayıb.

Son altı ayda İran valyutası dəyərinin 25 faizini itirib. İyulda bir dollar 38 min 400 rial idi, ötən həftə 50 min rial olub. Fevralın 14-də məzənnə nisbətən yüksəlmişdi, dollar 48 min 220 riala düşmüşdü.

*** Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'

Tehran polisinin rəhbəri Hossein Rahimi jurnalistlərə deyib ki, Tehran küçələrində 90-dək pul alverçisi saxlanıb, 10 valyutadəyişmə məntəqəsi bağlanıb, 16-na rəsmi xəbərdarlıq olunub.

Saxlananlar tamahkarlıq edərək bazarı və iqtisadi düzəni pozmağa çalışıblar. Məhkəmə sistemi onları sərt cəzalandıracaq”, – Rahimi “Fars New” agentliyinə deyib.

SƏBƏBLƏR

Maliyyə ekspertləri rialın ucuzlaşmasını bir neçə səbəblə izah edirlər. Bir səbəb sentyabrdan İranda faiz dərəcələrinin azalmasıdir. Bundan başqa Birləşmiş Ştatların İranın 2015-ci ildə bir sıra ölkələrlə imzaladığı nüvə sazişindən çıxa biləcəyi sarıdan narahatlıq var.

ABŞ prezidenti Donald Trump ötən ay deyib ki, bu razılaşmada “fəlakətli qüsurlar” var və düzəldilməlidir, yoxsa, Birləşmiş Ştatlar ondan çıxacaq.

Təhlilçilər rialın son aylar kəskin ucuzlaşmasını dekabrın sonunda İranda başlamış xalq etirazlarının da bir səbəbi kimi görürlər. Etirazlar məhz iqtisadi çətinliklər və korrupsiyaya qarşı başlamışdı.

*** Buna da bax: İran etirazlarının 5 səbəbi

Valyutanın zəifləməsi inflyasiyanı artırır. İnflyasiya ildə 10 faizədək yüksəlir.

İran mərkəzi bankının rəhbəri Valiollah Seif bu yaxınlarda valyutanın dəyərsizləşməsinə görə valyuta alverçilərinin günahlandırıb. O, möhtəkirlərə xəbərdarlıq etsə də, bunun elə bir effekti olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG