Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Rusiyada deputat vəzifəsindən istefa verib


Franz (Frants) Klintsevich (arxiv fotosu)
Franz (Frants) Klintsevich (arxiv fotosu)

Rusiyada tanınmış deputat Federasiya Şurasının müdafiə komitəsində sədr müavinliyindən istefa verib və adını çəkmədiyi tənqidçilərin onun “açıqlığ”ından xoşlanmadığını bildirib. Bu barədə Rusiya mediası fevralın 12-də yazıb.

Frants Klintsevich müdafiə və təhlükəsizlik komitəsindəki vəzifəsindən istefasının səbəbini açıqlamayıb. Amma “Kommersant” qəzetinə deyib ki, “görünür, Federasiya Şurasında heç də hamının açıqlığımdan xoşu gəlmir”.

*** Buna da bax: İsrail İrana xəbərdarlıq edir

Federasiya Şurası fevralın 14-də keçiriləcək plenar iclasda Klintsevich-in istefasıyla bağlı qərar verəcək.

RAKET HANSI ÖLKƏDƏN GÖNDƏRİLİB?

Rusiya mediası bu ayın əvvəlində Klintsevich-ə istinadla yazıb ki, Rusiya kəşfiyyatı fevralın 3-də Rusiyanın Su-25 hərbi təyyarəsinin Suriyada yaraqlılar tərəfindən sovet istehsalı olan Igla MANPAD raketiylə vurulması qənaətinə gəlib.

Həmin hücuma görə Hayat Tahrir al-Sham qrupu məsuliyyəti üzərinə götürmüşdü.

Klintsevich-in raketin sovet istehsalı olmasıyla bağlı dediklərini Rusiya kəşfiyyat rəsmiləri dərhal təkzib edib.

Klintsevich daha öncə Rusiyanın Interfax agentliyinə demişdi ki, yaraqlılara MANPAD-ın Birləşmiş Ştatlar tərəfindən verildiyinə inanır. Amma ABŞ Dövlət Departamenti bu fikri təkzib edib.

*** Buna da bax: Türkiyənin hərbi vertolyotu Suriya ərazisində vuruldu

Harvard Universitetinin Rusiya Məsələləri layihəsinin direktoru Simon Saradzhyan Twitter-də yazıb ki, Klintsevich raketin sovet istehsalı olduğunu dediyi üçün “istefa verməli olub”.

Məndən ötrü ən maraqlı sual budur ki, təyyarənin Igla ilə vurulduğu doğrudurmu və belədirsə, o, hansı ölkədən göndərilib?” – o yazıb.

Suriya yaraqlılarının Rusiya hərbi təyyarəsini vurması ilk dəfədir. 2016-cı ilin iyulunda yaraqlılar Rusiya istehsalı olan Suriya vertolyotunu vurmuşdular, içində Rusiyadan heyət üzvləri vardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG