Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

Prokuror daha üç MTN generalına cəza istəyəcək


Natəvan Mürvətova

Həbsdə olan daha üç MTN generalı - nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəhbərlik etmiş Sübahir Qurbanov və Əməliyyat-Texniki İdarənin keçmiş rəisi Natəvan Mürvətovanın, eləcə də onların tabeliyində işləmiş 9 nəfərin məhkəməsi yekunlaşır.

Sabiq MTN-çilərin işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Amma proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Fevralın 12-də keçirilən iclasda hakimlər məhkəmə istintaqının başa çatması haqda qərarı elan ediblər. Bu məhkəmə prosesində çıxışlar mərhələsi başlayıb.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını bildirərək, məhkəmədən vaxt istəyib. Ona 10 gün vaxt verilib. Fevralın 22-də prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. V.Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG