Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:36

Cəbhədə gərginlik


Azərbaycan əsgəri

Ermənistan silahlı bölmələrinə məxsus kəşfiyyat qrupunun qarşısının alındığı bildirilir.

Bu barədə bu gün, fevralın 12-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, kəşfiyyat qrupu fevralın 11-də səhər saatlarında Qazax rayonu istiqamətdə hərəkət edib.

«Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus «UAZ» markalı avtomobil xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən qrup ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib», - məlumatda vurğulanır.

Müdafiə Nazirliyinin bildirməsinə görə, öz mövqelərinə geri çəkilən qarşı tərəf ərazidə qalan «UAZ» avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG