Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:50

İran prezidenti ölkədəki siyasi qüvvələri birliyə çağırdı


Hassan Rouhani

İran prezidenti Hassan Rouhani ölkədəki siyasi qüvvələri və xalqı birliyə çağırıb.

O, “İran İslam İnqilabı” nın 39-cu ildönümü münasibətilə çıxışında deyib: “ İnqilab baş verəndə kimlərisə inqilab qatarından itələmişik, hansı ki, bunu etməməli idik. Amma bü gün onların yenidən qatara minməsinə imkan verməliyik”, Rouhani deyib.

Rohani qeyd edib ki, inqilabdan sonra ölkə bir çox sahələrdə irəli getsə də qüsurlar da olub.

“Ola bilsin qərarların qəbulu prosesində kecikmələrimiz olub, ola bilsin vətəndaşlarla açıq danışa bilməmişik”, Rouhani deyib.

Qeyd edək ki, bu yaxınlarda İranda sosial tələblərlə başlayan etirazlar tezliklə ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə çevilirdi.

Həmin etiraz aksiyasından sonra ölkədə kütləvi həbslər başladı.Hazırda xeyli adam hələ də həbsdədir. Etiraz ksiyaları bir neçə həftədir ki, dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG