Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Astarada sürücülərin narazılığı...(VİDEO)


Astara-sürücülər etiraz edir
Astara-sürücülər etiraz edir

Astarada sürücülərin narazılığı...

Fevralın 10-da Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla sürücü Astara yük terminalının önünə toplaşaraq etirazlarını bildiriblər.

Astarada sürücülər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Narazı sürücülərdən Adil Bağırov deyib ki, onlar əsasən İrana yük daşıyırlar:

“Biz işləmək istəyirik”

“İrana yüksüz maşın buraxmırlar. Ona görə işsiz qalmışıq. Bizim başqa işimiz yoxdur. Astara dəmir yolu stansiyasına gətirilən tranzit yükləri iranlı sürücülərə verirlər. Biz qalırıq yüksüz. Boş maşını da İran tərəfi buraxmır. Hamının ailəsi var. Bakıda da işsizlikdir. Hamı bir-birinə bağlıdır. Biz işləmək istəyirik. Başqa yolumuz yoxdur. Sürücüyük...”

Adil Bağırov
Adil Bağırov

“Təkərlərin sahibi gəlib maşından təkəri sökmək istəyir”

Sürücülərdən Asəf Novruzov da deyib ki, 17 ildir İrana gedib-gəlir:

“Bu günə qədər narahatlıq olmayıb. Biz indi nə İrana yük apara, nə də gətirə bilirik. Əvvəl İrana yüksüz gedərdik. İranda mal vurub qayıdardıq. Uşaqlarımızı dolandırardıq. İndi bizim fəaliyyətimizi tamam dayandırıblar. İran ərazisnə keçəndə 240 dollar torpaq basdı veririk. Üstəlik, sığorta pulu verirəm. Ancaq bir ay ərzində bir dəfə də olsun İrana getməmişəm. 4 dənə nisyə təkər almışam.Təkərlərin sahibi gəlib maşından təkəri sökmək istəyir. Mən necə ailəmi saxlayım? Əvvəllər burdan taxta aparırdıq İrana, ordan yük gətirirdik.”

“Yüzlərlə sürücü işsiz qalıb.”

Sürücü Əli Bağırov isə bunları deyib: “Burda toplaşan sürücülər əsasən cənub bölgəsindən olanlardır. Masallı, Lənkəran, Cəlilabad, Astara... Prezidentmiz işsizliklə mübarizə aparır,bizi isə işsiz qoyurlar.Yüzlərlə sürücü işsiz qalıb.”

Buna da bax:Astara gömrüyünün önündə maşınlar uzun növbəyə dayanıb

“Gələcəyin 3 əsgərini böyüdürəm.”

Gənc sürücü Məhəmməd Ağayev isə prezidentə üz tutur: “Mən 3 uşaq atasıyam.Necə yaşayaq, neçə dolanaq? Əgər ailəyə qazanc gətirə bilmirəmsə mən nə adamam. Xahiş edirk prezidentimizdən biz gənclərə yol göstərsin. Biz də öz zəhmətimizlə çörək qazanaq.Gələcəyin 3 əsgərini böyüdürəm.”

“Hansı qapıya gedirk bizi qovurlar.”

Sürücü Səbuhi Babayev isə yaranmış vəziyyəti belə izah edir:

“Əvvəllər taxtanı vurub, gedirdik İrana. İndi həmin taxtanı stansiyada birbaşa İran maşınlarına vururlar. Hansı qapıya gedirk bizi qovurlar.”

Astara dəmir yol stansiyasında da olduq. Stansiyada onlarala taxta yüklənmiş vaqon gördük.Vaqonların yanında isə İrana məxsus yük maşınları gözləyirdi.

Astara
Astara

İş adamının izahatı...

Adının çəkilməsini istəməyən bir iş adamının deməsinə görə, taxtalar tranzit yükdür və iranlı işadamlarına məxsusdur:

“Ona görə də İrana məxsus yük maşınlarına üstünlük verirlər.Başqa tərəfdən, İran maşınları az xərc istəyir. Azərbaycana məxsus yük maşınları standartlara da uyğun gəlmir...”

Azərbaycanın rəsmi qurumlarından isə, hələlik, sürücülərin şikayətinə münasibət almaq mümkün olmayıb.

Buna da bax: randan qayıdanlar saatlarla gözlədiklərini deyir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG