Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib.

O, deyib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb:

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb.”

Ə.Əhmədov vurğulayıb ki, qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər növbəti yeddi ildə özünün və ailəsinin firavanlığına səs verəcəklər.

“ Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin daha da qüdrətlənməsi prezident İlham Əliyevin siyasətinin əsas prioritetləridir”, deyə o müşavirədə qeyd edib.

Xatırlatma

Fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da da MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Fevralın 8-də isə YAP-ın VI qurultayı keçirilib. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İ.Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Halbuki, Azərbaycanda prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG