Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:20

İnsan yumurtasını laboratoriyada yetişdiriblər


İllüstrativ foto
İllüstrativ foto

Alimlər ilk dəfə olaraq insan yumurtasını laboratoriya şəraitində uğurla yetişdirə biliblər. “Reuters” agentliyi yazır ki, yumurta toxumaları ilkin mərhələdən tam yetişmə mərhələsinə çatıb.

Tədqiqatın nəticələri cümə günü “Molecular Human Reproduction” dərgisində dərc olunub. Britaniya və Birləşmiş Ştatlardan alimlər deyirlər ki, bu metod bir gün regenerativ tibbi terapiya və sonsuzluqdan yeni müalicə üsullarında kara gələ bilər.

*** Buna da bax: Nənə vəfat etmiş qızının övladını dünyaya gətirəcək

TƏHLÜKƏSİZ MAYALANMA BAŞ VERƏCƏKMİ?

Daha öncə alimlər laboratoriya şəraitində siçan yumurtalarını yetişdirmiş, onlardan bala almışdılar. Bundan başqa, insanın yumurta hüceyrələri erkən deyil, daha gec mərhələdən yetişdirilməyə başlamışdı.

Tədqiqatlar Edinburqda və Nyu Yorkda aparılıb. İlk dəfədir ki, insanın yumurta hüceyrələri insan bədənindən kənarda, erkən dövrdən tam yetişkənliyə çatır.

Bu, mövcud sonsuzluq müalicələrinin miqyasını böyüdə bilər. Hazırda bu yolla yumurta hüceyrələrinin yetişdirilməsi şəraitini optimallaşdırmağa çalışır, onların sağlam olub olmamasını öyrənirik”, – tədqiqatın rəhbərlərindən biri Evelyn Telfer deyib.

Tədqiqatda iştirak etməmiş müstəqil ekspertlər onun əhəmiyyətini vurğulayıblar, amma xəbərdarlıq ediblər ki, laboratoriya şəraitində yetişmiş yumurta hüceyrələrin spermayla təhlükəsiz mayalanmasına nail olmaqdan ötrü hələ çox iş görülməlidir.

“ƏMİN OLMALIYIQ”

Ancaq bu ilkin məlumat bunun gələcəkdə mümkün olacağını göstərir”, – Londondakı Imperial Kollecinin mütəxəssisi Ali Abbara deyib.

Amma texnologiya hələ ilkin mərhələdədir və bu texnikanın təhlükəsizliyi üçün çox iş görülməlidir, bu yumurtaların proses boyunca normal qalacağından, sağlam körpələrlə sonuclanacaq embrionların yaranmasından ötrü mayalana biləcəyindən əmin olmalıyıq”, – o, sözlərinə əlavə edib.

*** Buna da bax: Başqasının uşaqlığı ona köçürüləndən sonra ana oldu

Böyük Britaniyanın Kent Universitetində genetika professor Darren Griffin-in sözlərinə görə, bu iş “təsirli texniki nailiyyətdir”.

Onun sözlərincə, uğur və təhlükəsizlik göstəriciləri təkmilləşərsə, bu, gələcəkdə kimyəvi terapiyadan keçən və doğum qabiliyyətini saxlamaq istəyən xərçəng xəstələrinə kömək edə bilər. Bu metodun mayalanma sahəsində müalicələrin təkmilləşdirilməsinə, insan həyatının erkən mərhələsində biologiyanın elmi anlamının dərinləşdirilməsinə köməyi dəyəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG