Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:47

Başqasının uşaqlığı ona köçürüləndən sonra ana oldu


-

36 yaşlı isveçli qadın ona uşaqlıq köçürüləndən sonra ana olan ilk adamdır.

Britaniyanın «The Lancet» tibbi jurnalı yazır ki, qadında anadangəlmə uşaqlıq olmayıb. Amma onun yumurtalıqları sağlammış.

Hotenburq Universitetinin həkimləri qadının ailəvi dostu olan 61 yaşlı bir qadının uşaqlığını ona köçürüblər.

Transplantasiyadan bir il sonra həkimlər qadına embrion köçürüblər və hamiləlik baş tutub.

Körpə hamiləliyin 32-ci həftəsində doğulub. Oğlan olan körpənin çəkisi 1.8 kq-dır.

Ana və körpəsinin vəziyyəti yaxşıdır.

Uşağın atası deyib ki, oğlu digər körpələrdən fərqlənmir, sadəcə, onun maraqlı hekayəsi olacaq.

XS
SM
MD
LG