Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:07

Vatikan elçisi Azərbaycana gəlir


Vatikan

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə katibi Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) məlumatına görə, Arxiyepiskop Pol Riçard Qallaxerin bu gün, fevralın 9-da gerçəkləşəcək səfəri 4 gün davam edəcək.

Məlumata görə, səfər çərçivəsində Arxiyepiskop P.R.Qallaxer xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşəcək. Onun Fəxri Xiyabanda, Şəhidlər Xiyabanında, Müqəddəs Məryəm Katolik kilsəsində və Təzəpir Məscidində olacağı da gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG