Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:26

Fondun aktivləri illik artıb, rüblük azalıb


Dövlət Neft Fondu

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta ehtiyatlarını açıqlayıb.

Fonddan yayılan məlumata görə, bu il yanvarın 1-nə olan məlumata görə, 35 mlrd. 806.5 mln. ABŞ dolları həcmində aktivləri var.

Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. dollar) nisbətən 8.02 faiz artıb. Amma rüblük müqayisədə isə azalma var. Ötən ilin oktyabrına olan məlumata görə, Fondun aktivləri 36 mlrd. 20 mln. ABŞ dollarına bərabər idi.

Xatırlatma

ARDNF 1999-cu ildə təsis edilib. 2001-ci ildə fəaliyyətə başlayıb.

Fondun verdiyi məlumata görə, bu müddət ərzində 129 mlrd. 137 mln. ABŞ dolları gəlir əldə ediblər. Fondun aktivlərinin əsas hissəsinin büdcənin formalaşmasına və bir sıra layihələrin maliyyələşdirilməsinə xərcləndiyi bildirilir.

Müxalifət isə iddia edir ki, neft gəlirlərinin xərclənməsi zamanı ciddi korrupsiya hallarına yol verilib. Hərçənd, rəsmilər bu iddiaları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG