Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

ABŞ-da səhmlər kəskin düşüb


Arxiv fotosu
Arxiv fotosu

Fevralın 6-da Asiyada səhm bazarında kəskin düşüş davam edib. Daha öncə ABŞ-da səhmlərin ucuzlaşması Uol Stritin ilin əvvəlindən əldə etdiklərinin üstündən “xətt çəkib”.

ÇAXNAŞMA

S&P 500 və Dow Jones Industrial Average indeksləri fevralın 5-də əsas sektorların hamısında 4 faizdən də çox azalıb. Bu, son yeddi ildə ən kəskin düşüş sayılır.

Tendensiya fevralın 6-da Aşıya bazarlarında davam edib, Yaponiyanın Nikkei indeksi 7 faiz, US fyuçersləri 3 faiz azalıb.

Azından, son iki ildə Amerika birjalarında belə silkələnmənin olmadığı vurğulanır. Treyderlərin fikrincə, bazar ertəsi birjalarda çaxnaşma yaranıb.

*** Buna da bax: Qiymətli kağızların dövlət reyestri haradadır?

Əslində, səhmlərin ucuzlaşması bir neçə gün öncədən başlanıb, belə ki, Birləşmiş Ştatlarda əməkhaqqının kəskin artımı, inflyasiya artımının əlamətləri barədə gözlənilməz məlumatlar açıqlanıb. Bu da mərkəzi bank olan FED-in faiz dərəcəsini daha çox artıracağı ehtimalına yol açıb. Bu, investorların kapitala çıxışını çətinləşdirir, fond birjalarına qiymət artımını əngəlləyir. Digər tərəfdən, təxminən 9 illik fasiləsiz artımdan sonra, səhmlərin qiymətləri tarixi həddə yüksəlib. Bir çox təhlilçilər fond birjalarında qiymətlərdə irimiqyaslı korreksiya gözləyirdilər.

“İNANILMAZ SÜRƏT”

Jones Trading-in baş bazar strategiki Michael O’Rourke “Reuters” agentliyinə deyib ki, “bazarda inanılmaz sürət yaşanıb”.

Faiz dərəcələrinin yüksəldiyi bir mühitdə yaşayırıq. İqtisadiyyatımız daha güclüdür və FED sərtləşməni davam etdirməlidir... Real dəyişikliklərin baş verdiyini, fərqli investisiyaların buna uyğunlaşdığını görürsünüz”, – O'Rourke deyib.

Prezident Donald Trump bir il öncə vəzifəyə keçəndən ABŞ-da səhmlər rekord həddə yüksəlib. Belə ki, yeni prezident vergiləri azaldıb, korporativ nəzarəti ləğv edib, infrastruktur xərcləmələrdə dəyişiklik baş verib.

Bazar ertəsi səhm bazarında ucuzlaşma düşüş yaşadığı bir vaxtda Ağ ev bildirib ki, ABŞ iqtisadiyyatının əsasları “qeyri-adi dərəcədə güclü olaraq qalır”.

*** Buna da bax: Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb

ABŞ qəzetlərinin istinad etdiyi əksər müşahidəçilər səhm bazarındakı korreksiyanı sağlam proses sayırlar. Onların fikrincə, Amerika şirkətlərinin gəlirliliyinin artması, iqtisadi artım fonunda aksiyaların bahalanması kimi çoxillik tendensiya qorunub saxlanacaq.

Ötən ilin dördüncü rübündə ABŞ-da illik iqtisadi artım 2,6 faiz olub, işsizlik səviyyəsinin isə son 17 ildə ən aşağı həddə – 4,1 faiz olduğu bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG