Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:13

Qiymətli kağızların dövlət reyestri haradadır?


Fond Birjası, arxiv
Fond Birjası, arxiv

«Qiymətli kağızlar bazarı haqqında» qanunun qüvvəyə minməsindən iki ilə yaxın vaxt keçir. Qanunda əks olunan qiymətli kağızların dövlət reyestri hələ də ictimaiyyətə təqdim olunmayıb.

Qanunun 84.2-ci maddəsi qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrinə həsr olunub. Həmir reyestri isə Maliyyə Bazarlarına Nazarət Palatası (MBNP) aparır. Bu reyestr qiymətli kağızları buraxan şirkətlərin adlarından, onların dövlət qeydiyyatı rekvizitləri və hüquqi ünvanlarından ibarətdir. Sənəddə qiymətli kağızların buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi, qiymətli kağızların dövlət qeydiyyatı nömrəsi və tarixi haqqında bilgilər əks olunur.

Reyestrə daxil olanlar Azərbaycanda dövriyyədə olan bütün qiymətli kağızların növü, forması, sayı və nominal dəyəri barədə məlumatları da əldə edə bilərlər. Lakin qanun dərc olunan tarixdən (15 iyul 2015-ci il) reyestr bağlıdır. Qanunun 84.3-cü maddəsində isə deyilir ki, dövlət reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyətə açıq olmalıdır.

SAYTDA BÖLMƏ VAR, ANCAQ AKTİV DEYİL

MBNP-nin internet resursunda (fimsa.az) «dövlət reyestri» bölməsi var. Lakin o, qiymətli kağızların dövlət reyestri hissəsində aktiv deyil. Burada yalnız lisenziyalaşdırılan şəxslər barədə məlumat yerləşdirilib.

AzadlıqRadiosu məsələ ilə əlaqədar MBNP-yə müraciət edib. Palatada sorğuya cavab verməyiblər.

AZ-ÇOX MƏLUMATI MDM VERİR

Azərbaycanda qiymətli kağız buraxan şirkətlərin siyahısını həm də Milli Depozit Mərkəzi (MDM) təqdim edir. Burada həmin şirkətlərin adları və onların buraxdıqları qiymətli kağızların dövlət qeydiyyat nömrəsi haqda bilgilər var. Lakin MDM yalnız o şirkətlər haqqında məlumat verir ki, müqavilə əsasında onların qiymətli kağızlarını deponentləşdirir və səhmdarlarının reyestrini aparır. Bir çox şirkət isə maliyyə çatışmazlığı səbəbindən MDM-lə müqavilə bağlamaqda çətinlik çəkir.

QİYMƏTLİ KAĞIZLARI OLAN ÇOXLU ŞİRKƏT YARADILIB

Son vaxtlar MBNP korporativ qiymətli kağızların dövlət qeydiyyatı barədə məlumatları xəsisliklə verir. Məsələn, Vergilər Nazirliyi mart və aprel aylarında bir neçə səhmdar cəmiyyətini («Sarvan» QSC, «Tabera» QSC, «Caspian Pharmed» QSC, «Sumqayıt Sement» QSC, «Sadaf Trade» QSC, «Vektor» QSC, «Akkord-AN» ASC, «Merser» ASC) qeydə alıb. Onların qiymətli kağızlarının dövlət qeydiyyatına alınıb-alınmaması haqda isə məlumat yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG