Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:56

Jurnalistlərin qurultayı olacaq


İ.Əliyev Mətbuat Şurasının binasının açılışında. 2010

Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçiriləcək.

Qərar Mətbuat Şurasının İdarə Heyətinin bu gün, fevralın 5-də keçirilmiş toplantısında qəbul olunub.

Bu haqda Mətbuat Şurasının press-relizində bildirilir.

Qərara əsasən, qurultay martın 10-da keçirilməlidir.

İclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi də yaradılıb. Qərara görə, şuraya üzv gündəlik qəzetlər, informasiya agentlikləri qurultayda 2, həftəlik, aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvünün seçilməsi planlaşdırılır. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-sı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si jurnalistlərdən, 2-si ictimaiyyətdən, 1-i isə internet informasiya resurslarından olacaq.

İdarə Heyəti şuraya üzv təşkilatların üzvlük haqlarını ödəməsi məsələsini də müzakirə edib. Qərara alınıb ki, üzvlük haqlarını ödəməyən təşkilatların qurultayda iştirakına yol verilməsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG