Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 08:22

Əfqan qadının döyülməsində yeddi şübhəli saxlanıb


Sosial mediada yayılmış videodan görüntü

Əfqanıstan rəsmiləri bir qadının döyülməsində iştirakda şübhəli bilinən yeddi kişinin saxlandığını bildirir. İnsidentin videosu ötən həftə sosial mediada yayılmışdı.

Saxlananlar elə qurbanın öz qohumlarıdır. Taxar vilayətinin qubernatoru fevralın 5-də Azad Əfqanıstan Radiosu-na bildirib.

Qadının dekabrda bu şimal-şərq vilayətinin Çah Aab rayonundakı kənddə döyüldüyü xəbər verilir.

Videoda mavi burqaya bürünmüş qadın diz çöküb, bir dəstə kişi onun üstünə qışqırır və təhqir edir. Qadın əyildikcə başına, boynuna, qollarına və çiyinlərinə çubuqla vururlar.

Qadının hazırda təhlükəsiz yerdə saxlandığı bildirilir.

Şahidlər 22 yaşlı bu qadının əri İranda olarkən nikahdankənar münasibət yaşadığına görə yerli ruhanilərin göstərişinə uyğun cəzalandırıldığını qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG