Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 04:09

15 rusiyalı atlet Olimpiya oyunlarına dəvət olunmayacaq


Rusiya prezidenti Vladimir Putin Olimpiya oyunlarına gedəcək idmançılarla birlikdə

Dopinq ittihamları qaldırılmış 15 rusiyalı atlet və məşqçi Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarına dəvət olunmayacaq. Bunu fevralın 5-də Beynəlxalq Olimpiya Komitəsi bildirib. Fevralın 1-də İdman üzrə Arbitrasiya Məhkəməsi 28 rusiyalı atletin dopinqə görə ömürlük qadağasını götürüb, onlara qarşı dopinqdən istifadəylə bağlı yetərincə sübut olmadı bildirilib. Atletlərin 2014-cü ildə Soçi olimpiadası zamanı dopinqdən istifadə etdiyi iddia olunurdu.

Rusiya Olimpiya Komitəsi həmin 28 atletdən 15-ni Pxençana göndərmək niyyətini açıqlamışdı. Həmin idmançılar “Rusiyadan Olimpiya Atletləri” (OAR) kimi Olimpiya bayrağı altında çıxış edəcəkdilər.

Amma BOK fevralın 5-də bildirib ki, OAR icra qrupu bu xahişi rədd edib, “BOK-a tövsiyə olunub ki, həmin 15 atletə dəvət göndərilməsin”.

BOK məhkəmənin qərarından "qətiyyən razı qalmadığını" bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG