Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:18

Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və bu ölkənin səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərdən ötrü salınmış məhəllədə yaradılan şəraitlə maraqlanıblar.

AZƏRTAC-ın xəbərinə görə, diplomatları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müşayiət edib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov və deputat Elman Məmmədov da onlarla birgə olub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov deyib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan hərbi təcavüzə məruz qalıb:

“ Nəticədə, Azərbaycanın 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub. Bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət onların yaşayışı üçün şərait yaratsa da insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir”

Xəbərə görə, Səfir Robert Sekutaisə qeyd edib ki, o Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib.

Səfirin sözlərinə görə, ölkəsi münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.

Komitəsinin sədr müavini Fuad Hüseynovdə qonaqlara bildirib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

Fuad Hüseynov qeyd edib ki, indiyə qədər 265 min qaçqın və məcburi köçkünyeni qəsəbələrə köçürülüb.

Sonra qonaqlar məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət edib, onların fikirlərini dinləyiblər.

ABŞ hökumətinin Azərbaycanda məcburi köçkünlərə yönəlik yardım işlərinə 125 milyon ABŞ dollarından artıq vəsait xərclədiyi açıqlanıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG