Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 13:30

İndiyədək 175 tələbəyə təhsil krediti verilib


Foto arxiv

«Maarifçi» Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələrə növbəti ərizə qəbuluna başlayıb.

Bu haqda Təhsil Nazirliyinin məlumatında bildidilir.

Məlumatda qeyd edilir ki, bu kreditlər 2017-2018-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borclarından ötrü nəzərdə tutulub.

Kredit almaq istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, uygun təsisçi universitetlərin birində təhsil almalı və maliyyə yardımına ehtiyac duymalıdır.

Təhsil kreditlərinin növləri,şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında yerləşdirilib.

Tələbələr martın 15-dək kredit almaqdan ötrü müraciət edə bilərlər.

Bu, Tələbə Kredit Fondunun indiyədək keçirdiyi beşinci elan sessiyasıdır.

Verilən məlumata görə, bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlərin təqdim etdiyi yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

Xatırlatma

«Maarifçi» Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qurum 2015-ci ilin oktyabrında Qeyri-Hökumət Təşkilatı kimi Ədliyyə Nazirliyində qeydə alınıb.

Fond təhsil, yataqxana, tədris materialları, elmi-tədqiqat, araşdırma kimi kreditlər nəzərdə tutur. Amma Fond, hələ ki, ancaq təhsil haqları kreditləri verir.

Fondun təsisçiləri BDU, Dillər Universiteti, Pedaqoji Universitet, Neft və Sənaye Universiteti, Texniki Universitet, Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG