Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

Həkimləri yayda pambığa aparır, qışda isə tikintiyə cəlb edirlər


Səmərqənd Kattakurqan xəstəxanası

Özbəkistanda həkimləri yeni xəstəxana korpusunun tikintisinə cəlb ediblər.

Bunu fevralın 3-də Azadlıq Radiosunun Özbəkistan xidməti yazır.

Mənbə bunun Səmərqənd vilayətinin Kattakurqan rayonunda baş verdiyini bildirir.

Rayon tibb idarəsinin əməkdaşlarından birinin sözlərinə görə, hazırda köhnə xəstəxana binasının sökülməsinə başlanıb, xəstəxananın bütün heyəti, hətta ixtisaslı həkimlər yeni korpusun tikintisi ilə məşğuldurlar.

Xəstəxananın adı çıkilməyən qadın əməkdaşlarından biri Azadlıq Radiosunun özbək xidməti ilə söhbətində deyib ki, yeni korpus əməkdaşların hesabına tikilir.

Onun sözlərinə görə baş həkim bu yaxınlarda toplantıda deyib ki, bütün bina əməkdaşların vəsaiti hesabına tikiləcək.

“Məgər bizim hökumət bir o qədər kasıbdır ki, həkimlərin puluna qalıb? Onda yeni korpus üçün dövlət büdcəsindən ayrılan pullar hara gedir? “ deyə o bildirib.

Buna da bax:Beynəlxalq missiya Özbəkistanda pambıq yığımını izləyəcək.

Xəstəxananın digər əməkdaşı isə deyib ki, hətta ixtisaslaşmış həkimlər də tikintiyə cəlb edilib.

“Təxminən 650 sum alırıq.Yayda küçə süpürür, payızda pambıq yığımına gedir, qışda isə yeni korpusun tikintisi ilə məşğuluq. Bəs görəsən bizdə həkimlər nə vaxt öz işləri ilə məşğul olacaqlar?”,xəstəxananın əməkdaşı deyir.

Azadlıq Radosunun özbək xidməti şər üçün rayon xəstəxanasının administrasiyasına üz tutub.

Administrasiyanın adı çəkilməyən əməkdaşı deyib ki, heç kimi zorla bu işə məcbur etmirlər, bütün əməkdaşlar tikinti işlərində könüllü iştirak edirlər.

“Heç kimi məcbur etmirlər.Hazırda doğurdan da köhnə bina sökülür və yenisi tikilir. Və əgər kömək istəyiriksə, onlar da sürücülər və ya təmizlik işçiləridir, özü də könüllü şəkildə”, deyə administrasiyadan bildiriblər.

Səmərqənd vilayət səhiyyə xidmətinin əməkdaşı isə “Azadlıq”a deyib ki, bu sualı şərh edə bilməz, bu məsələdə güsüzdür.

Mənbə yazır ki, Özbəkistanda bundan əvvəl də belə hallar müşahidə olunub. Məsələn, küçədə təmizlik işləri ilə məşğul olmaq, pambıq yığmaq, ağac əkmək və s.

Özbəkistanın Əndican vilayəti
Özbəkistanın Əndican vilayəti

Human Rigght Watch beynəlxalq hüquq-müdafiə təşkilatı da bundan əvvəl Özbəkistan hökumətini əhali və dövlət qulluqçularının məcburi işlərə cəlb edilməsini dayandırmağa çağırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG