Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:59

Şimali Koreya gizli kömür və silah satışından 200 milyon dollar qazanıb


Kim Jong Un

Şimali Koreya 2017-ci ildə BMT-nin sanksiyalarından yayınaraq qanunsuz kömür və silah satışından 200 milyon dollar qaqzanıb.

Bu barədə Reuters agentliyi BMT-nin müstəqil müşahidəçilərinin hesabatına istinadla xəbər verir.

Hesabata görə Şimali Koreya saxta sənədlərdən istifadə edərəkRusiya, Çin, Malayziya və Vyetnam limanları ilə kömür ixrac edib.

Həmin sənədlərə əsasən bu resursların mənbəyi kimi Rusiya və Çin göndərilib.

Hesabat müəlliflərinin sözlərinə görə söhbət 23 belə sövdələşmədən gedir.

Müşahidəçilər Şimali Koreyanın Suriya və Myanma ilə əlaqələrini də araşdırıblar.

İddia edilir ki, 2012-2017-ci illərdə Suriyanın kimyəvi proqramlara rəhbərlik edən elmi-tədqiqat mərkəzinə 40-dan çox bəyan edilməmiş yük göndərilib.

Reuters bu yüklərdən ikisinin adı çəkilməyən ölkənin xüsusi xidməti tərəfindən tutulduğunu bildirir.

Bundan başqa hesabatda Şimali Koreyadan Myanmaya “yer-hava” tipli ballistik raket göndərildiyi bildirilir.

BMT-nin təhlükəsizlik şurası 2016-cı ildə Şimali Koreyadan kömür idxalını məhdudlaşdırıb.

Təhlükəsizlik şurası 2017-ci ilin dekabrında isə ballistik raket sınaqlarına görə Pxenyana qarşı sanksiyaları daha da kəskinləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG