Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Ghani Pakistanı “Talibanın mərkəzi” adlandırır


Mohammad Ashraf Ghani, arxiv fotosu
Mohammad Ashraf Ghani, arxiv fotosu

Əfqanıstan prezidenti Ashraf Ghani qonşu Pakistanı “Talibanın mərkəzi” adlandırıb və İslamabadı bu yaraqlı qruplaşmaya qarşı tədbir görməyə çağırıb.

Fevralın 2-də xalqa müraciətində Ghani deyib ki, ölkəsi Pakistan hökumətinə yaraqlıların “tam siyahısı”nı verib.

Hərəkət gözləyirik. Danışıqlar və proses yalnız kağız üzərində qalan sözlərdir. Əfqanıstan xalqı hərəkət, aydın hərəkət tələb edir”, – o deyib.

Son vaxtlar Əfqanıstan paytaxtında bir sıra ölümcül hücumlar törədilib. Sonuncusu yanvarın 27-də baş verib, intiharçı bomba partlayışında 100-dən çox adam həlak olub. Hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb.

*** Buna da bax: Əfqanıstanda 83 Taliban döyüşçüsünün öldürüldüyü xəbər verilir

On bir şübhəli həbs edilib və kökləri müəyyənləşdirilib. Onları kökləri bəllidir. Əlbəttə, Taliban məsuliyyəti üzərinə götürüb”, – Ghani son hücuma istinadla deyib.

İslamabad isə Əfqanıstanda hücumlar törətmiş silah qruplaşmaları himayə etmədiyini deyir.

Bu həftənin əvvəlində onlarla etirazçı Kabildəki Pakistan səfirliyinin qarşısına toplaşıb, “Pakistana ölüm” şüarı səsləndirib, bu ölkənin bayraqlarını yandırıb.

ƏLAVƏ HANSI TƏDBİRLƏR GÖRÜLƏ BİLƏR, BƏLLİ DEYİL

Əfqanıstan və ABŞ rəsmiləri bildirirlər ki, Talibana bağlı Haqqani şəbəkəsi Pakistanda mənzillənir və hücumlar üçün məsuliyyət daşıyır.

Bu hücum təkcə kişilərimizə, qadınlarımıza və uşaqlarımıza qarşı deyil, əfqan xalqına qarşıdır və buna dövlət səviyyəsində hərtərəfli cavab verilməlidir”, – deyən Ghani onu da əlavə edib ki, təhlükəsizlik rəsmiləri bazar günü yeni plan təqdim edəcəklər.

“Reuters” agentliyi yazır ki, ötən mayda 150 nəfərin ölümüylə nəticələnmiş bomba partlayışından sonra Kabildə böyük təhlükəsizlik planı gerçəkləşdirilib, əlavə nəzarət məntəqələri quraşdırılıb, ağır zirehli maşınlar yoxlamalar aparır. Bundan əlavə hansı addımların atılacağı bəlli deyil.

*** Buna da bax: BBC: Taliban Əfqanıstanın 70 faizində fəaldır

Pakistanın Kabildəki səfirliyi fevralın 1-də bildirib ki, İslamabad Əfqanıstanın daxili işlər naziri Wais Barmak və NDS təhlükəsizlik xidmətinin rəhbəri Masoom Stanekzai-nin son səfər zamanı təqdim etdiyi dəlili dəyərləndirir. Pakistanın hər hansı addım atmaq öhdəliyi götürmədiyi də vurğulanır.

Bu arada Birləşmiş Ştatlar Pakistana təhlükəsizlik yardımını kəsdiyini bildirib, bu ölkənin terrorçu qruplarla mübarizədə yetərincə çalışmadığını qeyd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG