Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:36

BBC: Taliban Əfqanıstanın 70 faizində fəaldır


Yanvarın 29-da Kabildə hücum törədilmiş hərbi akademiyanın ərazisi
Yanvarın 29-da Kabildə hücum törədilmiş hərbi akademiyanın ərazisi

Taliban silahlı qruplaşması Əfqanıstan vilayətlərinin 70 faizində fəaldır, ölkənin 4 faizinə tam nəzarət edir, qalan 66 faizdə isə açıq fiziki mövcudluğunu saxlayır. Bu barədə BBC yanvarın 30-da araşdırma yayıb.

BBC araşdırmanın Əfqanıstanın bütün bölgələrində 1200-dən çox individual mənbəylə söhbətlərə əsasən hazırlandığını bildirir. “Reuters” agentliyi yazır ki, bu dəyərləndirmə NATO koalisiyasının Taliban-la bağlı açıqladığı rəqəmdən yüksəkdir.

Koalisiya yanvarın 30-da bildirib ki, Taliban 2017-ci ilin oktyabrınadək vilayətlərin yalnız 44 faizinə nəzarət edib.

*** Buna da bax: Pentaqon Əfqanıstanla bağlı məlumatın yayılmasını məhdudlaşdırır

Son 9 gün ərzində Əfqanıstanda yeni zorakılıq dalğası başlanıb. Bu arada Birləşmiş Ştatlar da əfqan qüvvələrinin Talibanla 16 illik savaşında onları daha ciddi dəstəkləmək strategiyası yürüdür.

Kabildə Intercontinental otelinə hücumda 20-dən çox adam ölüb, onların içində dörd ABŞ vətəndaşı da olub. Bundan təxminən bir həftə sonra şəhər mərkəzində intiharçı hücumu törədilib, 100-dən çox ölən olub.

30 FAİZ, YOXSA 56?

Agentlik yazır ki, BBC Əfqanıstanda 399, NATO qüvvələri isə 407 vilayət sadalayır. Bu fərqin səbəbi bəlli deyil.

BBC bildirir ki, Əfqanıstan hökuməti 122 vilayətə nəzarət edir, yaxud ölkənin 30 faizinə. Amma bu vilayətlərin də taliban hücumlarından azad olmadığı vurğulanır.

“Araşdırma dövründə Kabil və digər iri şəhərlər böyük hücumlara məruz qalır”, – hesabatda vurğulanır.

Pentaqon BBC-nin araşdırmasına münasibət açıqlamayıb, amma NATO-nun rəqəmlərinə istinad edib. NATO bildirirdi ki, ölkə ərazisinin 56 faizinə hökumət nəzarət edir.

*** Buna da bax: Trump: “Biz Talibanla danışmaq istəmirik”

Araşdırmada Əfqanıstan prezidenti Ashraf Ghani-nin sözçüsünə istinad olunur, o, tapıntıların əhəmiyyətini kiçilməyə çalışıb. Shah Hussain Murtazavi deyib ki, bu il Taliban və İŞİD-in fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb.

Əfqan təhlükəsizlik qüvvələri kəndlərdə müharibəni udublar. Artıq yaralıların hansısa vilayəti, böyük rayona, magistrala nəzarəti ələ alması mümkün deyil. Şübhəsiz, onlar müharibənin yönünü dəyişiblər, Kabilə hücumlar edirlər, məscidləri, bazarları hədəfə alırlar”, – sözçü deyib.

BBC onu da bildirib ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşması 30 vilayətdə mövcud olsa da, onların heç birinə tam nəzarət etmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG