Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:45

Pentaqon Əfqanıstanla bağlı məlumatın yayılmasını məhdudlaşdırır


John Sopko

Pentaqon Birləşmiş Ştatların Əfqanıstandakı müharibədə səylərinə dair vacib informasiyanın yayılmasını məhdudlaşdırıb.

Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş İnspektor (SIGAR) yanvarın 29-da açıqladığı rüblük hesabatında bildirir ki, Taliban və hökumətin nəzarətində olan ərazinin həcminə dair informasiyanın yayılmaması göstərişi alıb.

Pentaqon əfqan ordusu və polis qüvvələrinin sayını da məxfi informasiya siyahısına salıb.

SIGAR John F. Sopko hesabatda bunu narahatedici adlandırır, yazır ki, “birinci dəfədir SIGAR-a məxfi sayılmış informasiyanı yaymamaq göstərişi verilib”.

Qərb Kabil hökumətini Taliban və digər silahlı qruplaşmaların geri oturdulmasında dəstəkləyir. 2014-cü ildə NATO əsgərlərinin çoxu bu ölkədən çıxarılıb.

Son həftələr Kabildə ard-arda hücumlar törədilib. Yanvarın 27-də şəhərin mərkəzində intiharçı hücumunda 100-dən çox adam həlak olub. Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Hazırda Birləşmiş Ştatların Əfqanıstanda 14 minədək hərbçisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG