Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

Karimova UNESCO elçiliyindən gedir


Lola Karimova-Tillyaeva

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un kiçik qızı fevralın 2-də bildirib ki, ölkənin UNESCO-dakı səfiri postundan istefa verir. O, niyyətini beş ay öncə açıqlamışdı.

Bu gün mənim Özbəkistanın UNESCO-da səfiri postunda son iş günümdür”, – Lola Karimova-Tillyaeva fevralın 2-də sosial media hesablarında yazıb. O, “mədəniyyət, təhsil, elm və ətraf mühit sahələrində layihələr”lə bağlı işini davam etdirəcəyini bildirib.

Karimova-Tillyaeva onu da qeyd edib ki, 2002-ci ildə yaratdığı uşaq xeyriyyə təşkilatı vasitəsiylə əngəlli uşaqlara kömək kimi “humanitar işi davam etdirəcək”.

39 yaşlı Karimova-Tillyaeva avqustda deyirdi ki, UNESCO-da səfir postundan getməyi planlaşdırır. O, “ailəsinə və Islam Karimov fondunun proqramlarına diqqət ayırmaq” istədiyini bildirmişdi.

Karimov Özbəkistanı 27 il idarə edib. Onun ölümü 2016-cı il sentyabrın 2-də açıqlanıb.

Mərhum prezidentin böyük qızı Gulnara Karimova hazırda həbsdədir. Hakimiyyət onun “hərəkət azadlığı”nın beş il müddətinə məhdudlaşdırıldığını, pul qoparma, mənimsəmə və vergidən yayınmada təqsirli bilindiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG