Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:39

«Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir».

«Report»un xəbərinə görə, bunu Milli Məclisin bu gün, fevralın 1-də keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O vurğulayıb ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 Amnistiya aktı qəbul edilib.

S.Novruzov prezident İlham Əliyevə müraciət edərək növbəti Amnistiya aktının qəbul edilməsinı xahiş edib. O deyib ki, bu il həm Heydər Əliyevin 95 illiyidir, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur:

«Bu Amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamış dindarlara şamil edilməlidir».

Komitə sədri deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur:

«Azərbaycandakı siyasi partiyalar, hüquq-müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görən həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər».

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, ölkədə 160 civarında siyasi məhbus var.

Günün bütün mövzuları

XS
SM
MD
LG