Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 05:02

'DəmirBank' əmanətçilərindən ərizə qəbulu başlayır


«DəmirBank»

Ləğv prosesində olan «DəmirBank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gün, fevralın 1-dən başlanır.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda bildirilir.

Qorunan əmanətlər üzrə kompensasiyaların verilməsindən ötrü agent-bank qismində «KapitalBank» ASC seçilib. Ərizələr «Kapitalbank» ASC-nin filiallarında qəbul olunacaq və əmanətlər üzrə kompensasiyalar həmin tarixdən veriləcək.

Maliyyə Bazalarına Nəzarət Palatası ötən il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət var.

İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir. Qorunmayan əmanətlərin qaytarılmasından isə hələ ki, söhbət getmir.

2016-cı ildə isə ölkədə 11 bank bağlanıb. O banklarda qorunan əmanətlər belə, 2017-ci ilin sonuna kimi tam ödənilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG