Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 08:24

Tələbələrin köçürülməsinə başlanır


Screenshot. transfer.edu.az

Sabah, fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsinə, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsinə başlanacaq.

Bu haqda Təhsil Nazirliyinin məlumatında bildirilir.

Köçürülmə ilə bağlı sənəd qəbulunun elektron yolla fevralın 7-dək davam etməsi planlaşdırılır.

Sənəd qəbulunun həyata keçirildiyi internet resursunu Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) birgə yaradıb.

Buna da bax: Ekspert: 'Köçürülmələrlə bağlı müraciətlərin 99 faizindən imtina olunur' [video]

Xatırlatma

Azərbaycanda tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Tələblərə görə, DİM-in keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində uyğun ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Eləcə də, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM-in müəyyənləşdirdiyi eyni ixtisas qrupu daxilində olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG